Növbəti maarifləndirmə tədbiri Saatlı rayonunda təşkil olunub.

 Cari ilin 15 noyabr tarixində Saatlı İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Saatlı Tibb Kollecinin konfrans zalında “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin nümayəndəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı iştirak edərək, gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları şagirdlərə təqdim edilmişdir.




Baxılıb: 450