Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumat

2023-cü ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Сari ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsindəümumilikdə 9292 cinayət faktı aşkarlanmışdır. Onlardan 3059-u narkotik vasitələrin qanunsuz satışı, 5910-u  narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 293-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 541 kq 600, 212 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 884 kq 118, 404 qr-nı heroin, 3 ton 815 kq 252, 277 qr-nı marixuana, 256 kq 551,635 qr-nı tiryək, 53 kq 453,994 qr-nı həşiş, 750, 831 qr-nı kokain, 388 kq 487, 646 qr-nı və 95 ədəd həb psixotrop maddələr, 142 kq 985,425 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48911 ədəd həb metadon, 95 ədəd həb psixotrop maddə, 16551 ədəd çətənə bitkisi, eləcə də  3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb  və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

Hesabat dövründə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122kq 290,98qr olan  944 559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 541 kq 600,21 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdədəyəri 264 milyon 480 min  AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7090 nəfər cəlb edilmiş, onlardan 81 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı  243 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 934 kq 228,659 qr və 6740 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517 qr  güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 271-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 050 kq 597,51 qr və 1270 ədəd metadon narkotik vasitə, 95 ədəd həb psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.       

2783 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 377 kq 244,56 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 272, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 122, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 58, qrup halında olan cinayətlərin sayı isə 53 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 248 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton  478 kq 616,04 qr artmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  74296 nəfər istiqamətləndirilmişdir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2140 nəfərdən 1228 nəfəri  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxmuşdur. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında  62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

“802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1068 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 186-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 372-i narkotik asılılıqdan müalicə, 510-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 558 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 




Baxılıb: 675