Silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Şəkidə təşkil edildi.

  “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı gənclər və yeniyetmələr arasında maarifləndirmə  işinin təşkili  məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şəki Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, polis əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək müvafiq təqdimatla çıxış edərək, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat vermiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

 




Baxılıb: 559