Bu ilin yanvar-noyabr aylarında narkomanlığa qarşı mübarizə sahəsində 166 maarifləndirmə tədbiri təşkil edilmişdir

   Bu ilin noyabr ayı ərzində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə əməkdaşlıq çərçivəsində 32 (ümumilikdə hesabat dövründə 166) maarifləndirmə tədbiri təşkil edilmişdir:

  •  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə 2023-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq  Mingəçevir şəhərində “Mənəviyyatımızı və gələcəyimizi narkotiklərə qurban verməyək!” mövzusunda tədbir təşkil edilmiş;
  • “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Zaqatala rayonlarının mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilmiş;
  • Azərbaycan Respublikası Gənclər Fondu ilə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Bakı İdarəetmə və Texnoloji Kollecində, Bakı Turizm Peşə Məktəbində, Bakı İdarəetmə və Texnoloji Kollecində, Bakı Neft-Energetika Kollecində maarifləndirmə xarakterli tədbirlər təşkil edilmiş;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Xətai rayonu 59 nömrəli tam orta məktəbdə “Biz sağlam həyat tərzini seçirik”  mövzusunda şagirdlərlə görüş keçirilmiş;
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 10 və 11 saylı cəzaçəkmə müəssisələrində məhkumlar arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə tədbir təşkil olunmuş;
  • Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhəri üzrə Yasamal, Binəqədi, respublika üzrə Abşeron, Şirvan, Lənkəran, Şamaxı, Qəbələ, İsmayıllı, Şəki, Qax, Zaqatala, Saatlı, Sabirabad, Masallı, Astara şəhər və rayonlarında müvafiq maarifləndirici görüşlər və təlimlər keçirilmişdir.

   Eyni zamanda tədbirlərin gedişatı Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), Dövlət Komissiyasının rəsmi səhifəsində (nmdk.gov.az), digər aparıcı elektron informasiya vasitələrində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.

   Beləliklə, carı ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilmişdir.

 




Baxılıb: 1201