Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

 “Azərbaycan Könüllülük Həftəsi 2023” layihəsi çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsinin təqdimatında Azərbaycan Könüllüləri ilə görüş keçirilib.

 Görüş çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.




Baxılıb: 1092