Nərimanov və Nəsimi rayonlarında təlim-məşğələ təşkil olunub.

 Cari ilin dekabr ayının 06-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Məktəb-Lisey Kompleksində Nərimanov və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinə narkomanlıq probleminə dair təlim-məşğələ keçirilmişdir.

 Təlim-məşğələdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri iştirak edərək təqdimat əsasında narkotik asıllığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asıllıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedoqoqun və fənn müəlliminin, psixoloqların bu probləmə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat vermişlər. Həmçinin, mövzu ətrafında ifikir mübadiləsi aparılmışdır.

 Sonda, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça iştirakçılara təqdim edilib.




Baxılıb: 908