Növbəti maarifləndirmə tədbiri Səbail rayonunda təşkil edilib

  Cari ilin dekabr ayının 13-də “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşəbbüsu ilə  Bakı şəhərinin 189-190 nömrəli tam orta məktəbdə“Həyatına dəyir ver” şüarı altında maarifləndirici tədbir keçirilmişdir. 

 Tədbirdə, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri, Səbail rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və  Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin və  Ombudsman Aparatının nümayəndələri iştirak edərək, yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.

 




Baxılıb: 519