Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumat

  2023-cü ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

  Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanmışdır. Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı 6276-sı  narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin1 ton 886 kq 649,814 qr-nı heroin, 3 ton 961 kq 758, 574 qr-nı marixuana,265 kq 153,968 qr-nı tiryək, 53 kq 459,642 qr-nı həşiş,750,831 qr-nı kokain,407 kq 951,329 qr-nı psixotrop maddələr, 143 kq 307,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövr ərzində 50901 ədəd həb metadon,95 ədəd həb psixotropmaddə, 16630 ədəd çətənə bitkisi, eləcə də3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı  ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 420,494 hektar sahədən çəkisi 303 ton 122 kq 290,98 qr olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

  2023-cü ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş  6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri269 milyon 290 min  AZN kimi qiymətləndirilir.

  Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilmiş, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 89  xarici ölkə vətəndaşından ümumilikdə 695 kq 092,048 qr və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 029 kq 595,76 qr və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kq 517 qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılmışdır.

  Aşkar edilmiş cinayətlərin 306-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 132 kq 892,71 qr və 1270 ədəd metadon narkotik vasitə, 32 kq 213,1 qr və 95 ədəd həb psixotrop maddə və 189,9 qr güclü təsir edən maddə müsadirə edilmişdir.       

  3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 469 kq 604,46 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  Təhlil göstərir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı523, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 209, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 149, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 65, qrup halında olan cinayətlərin sayı isə 57 fakt azalmışdır. Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 168nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 466 kq 653,751 qr artmışdır.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  81668 nəfər istiqamətləndirilmişdir.

  Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2321 nəfərdən 1340 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.

  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxmuşdur. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən carı ilin yanvar-noyabr ayları ərzində müvafiq istiqamətdə 112 maarifləndirici görüş, 39 təlim, 3 mədəni-kütləvi tədbir, 2 infotur,1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon təşkil edilmişdir.

  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1125 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 202-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 384-ü narkotik asılılıqdan müalicə, 539-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 586 məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 




Baxılıb: 613