Valideynlər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

   Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.26-cı yarımbəndinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı şəhəri Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə valideynlər ilə görüş keçirilib.

  Görüş çərçivəsində valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rolu və psixoaktiv maddələrin fəsadları barədə məlumatlılığın artırılması məqsədilə iştirakçılara, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.

  Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.




Baxılıb: 775