Nərimanov rayonunda “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” mövzusunda görüş keçirilib.

    27 dekabr 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə “Narkomanlığa qarşı mübarizədə şəhər, rayon komissiyalarının rolu” mövzusunda görüş təşkil edilmişdir.

   Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavinin, Narkomanlığa  və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə rayon komissiyasının, həmçinin rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası üzvlərinin iştirakı ilə təşkil olunan görüşdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılmışdır.




Baxılıb: 944