Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

 Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2024-cü il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

 Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları üçün təlimlər, ali təhsil müəssisələrində tələbələr üçün maarifləndirici təqdimatların keçirilməsi, maarifləndirici videoçarxların geniş auditoriyada nümayiş olunması, narkotiklə mübarizədə yaxından çalışan qurumlarla fəal gənclərin görüşü, infoturlar, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün müvafiq mövzuda  təlimlərin və seminarların təşkil edilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların, hər il ənənəvi olaraq keçirilən “Yay Fest”in və internat məktəblərinin yuxarı sinif şagirdlərinin fərqli bir yaşam mühitində maarifləndirilməsi məqsədi ilə düşərgələrin və digər tədbirlərin təşkili planlaşdırılmışdır.

 Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlim və seminarlarda iştirakçılar arasında paylanılması nəzərdə tutulur.

 




Baxılıb: 869