Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

Cari ilin 23 aprel tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Bakı şəhəri Nərimanov rayonun 39 saylı tam orta məktəbi ilə birgə “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda  maarifləndirici tədbir keçirimişdir.

Tədbirdə 39 saylı tam orta məktəbin direktoru və müəllim heyəti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məsul əməkdaş iştirak etmişdir.

Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, asudə vaxtın səmərəli təşkil olunması barədə  ətraflı məlumat verilmiş, həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətinə dair videoçarx və maarifləndirici sosial roliklər numayiş olunmuşdur.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 1215