"Biz narkotikə yox deyirik" mövzusunda məktəblilərlə maarifləndirici görüş keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində "Biz narkotikə yox deyirik" mövzusunda Zəngilan rayon 28 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma  xarakterli görüş keçirildi.

Tədbir çərçivəsində məruzəçilər tərəfindən narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış məlumatlandırıcı əyani vəsitlər iştirakçılara təqdim edilib.




Baxılıb: 362