26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nəsimi rayonunda tədbir təşkil edilmişdir.

 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 10 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və  Nəsimi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 35 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.

  Əvvəlcə məktəbin foyesində şagirdlər tərəfindən hazırlanmış narkomaniyanın törətdiyi fəsadlar barədə rəsm sərgisinə baxış keçirildi.

 Tədbirdə, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşımübarizə üzrə komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupun məsul əməkdaşı, məktəbin direktoru, müəllim heyəti və psixoluqlar, həmçinin rayon üzrə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatının nümayəndələri iştirak etmişdir.

 Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

   




Baxılıb: 210