Balakən rayonu ərazisində 5 ton 542 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Hənifə kənd bələdiyyəsinə məxsus torpaq sahəsində 5908 ədəd, ümumi çəkisi 5 ton 542 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 285