Bakı, Sumqayıt və Gəncənin küçə və prospektlərində narkomaniya ilə bağlı maarifləndirici sosial çarxlar yayımlanır

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə hazırlanmış “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” və “802 qaynar xətt” adlı sosial roliklərin Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə cari ilin 14 iyun tarixindən etibarən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.

Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi  məqsədi daşıyır.

Qeyd olunan videoçarxların uzunmüddətli  yayımlanması nəzərdə tutulur.




Baxılıb: 706