Gənclər təşkilatlarının könüllüləri üçün təlim təşkil edilmişdir.

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün təlim təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı və Bakı şəhər Narkoloji Mərkəzinin həkim psixoloqu çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin səmərələliyindən, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılmışdır.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.






Baxılıb: 525