Xocalı rayonu ərazisində 237 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  ərazisində yerləşən yaşayış evlərindən 50 metr məsafədə, 40 sot ərazini əhatə edən sahədə 423 ədəd, ümumi çəkisi 237 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 432