Qax rayonu ərazisində 4 ton 770 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Kötüklü kəndi ərazisində 6422 ədəd, ümumi çəkisi 2954 kq, Fıstıqlı kəndi ərazisində  8775 ədəd, ümumi çəkisi 1816 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 336