Ağcabədi gəncləri üçün “Narkomaniyaya yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Ağcabədi rayonunda Səyyar Gənclər Xidmətil layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.

Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Ağcabədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Vüsalə Məmmədova və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.

Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.




Baxılıb: 815