Səyyar Gənclər Xidməti layihəsi Şabranda davam etdirilir.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şabran rayonunda Səyyar Gənclər Xidmətil layihəsi çərçivəsində “Narkomaniyaya yox deyək!” adlı təlim təşkil edilmişdir.

Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Baş məsləhətçisi Şahin İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlkin Ağayev və digər dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.

Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Belə ki, təlimlərin 5 gün ərzində davam etdirilməsi nəzərdə tutulur.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 




Baxılıb: 740