Abşeron rayonunda növbəti təlim keçirilib

Cari ilin 17 oktyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin fərqlənən psixoloqları üçün “Yeniyetrmələr arasında narkomaniya asılılığının profilaktikası” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, təlimçi psixoloqlar, rayonun orta ümumtəhsil məktəblərinin psixoloqları, habelə Abşeron RİH könülləri iştirak etmişlər.

Təlimin əsas məqsədi  təlim iştirakçılarına psixoaktiv maddələrdən istifadənin risk amilləri, asılılıq və yeniyetmələrdə asılılığın yaranmasına səbəb olan sosial-psixoloji amillər, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrdən istifadə zamanı yaranan fizoloji əlamətlər və emosional davranış dəyişiklikləri, məktəblilərin PAM-dan istifadəsinin qarşısını almaq məqsədilə atılacaq ilkin addımlar, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, məktəbdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər planının hazırlanması, antinarkotik təbliğatın vacibliyi kimi mühim mövzular ətrafında geniş məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Sonda iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun və Abşeron rayon İcra Hakimiyyətinin birgə hazırladığı sertifikatlar təqdim olunmuşdur.




Baxılıb: 654