İctimai maarifləndirmə işləri davam etdirilir

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun media subyektlərində işıqlandırılması davam etdirilmişdir.

Belə ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik beyində silinməz izlər buraxır”, ”Narkotik sərhədiz fəlakətdir” adlı video çarxlar, “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik televiziya kanalları vasitəsilə cari ilin yanvar-sentyabr tarixlərində ümumilikdə 23843 dəfə yayımlanması, həmçinin ekspertlərin iştirakı ilə 133 xüsusi verilişin və narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərin hazırlanması təmin edilmişdir.

Bununla yanaşı narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə, ölkə üzrə fəaliyyət göstərən çap və onlayn media subyektlərində cari ilin 9 ayı ərzində ümumilikdə 3300-ə yaxın informativ və maarifləndirici material dərc olunmuşdur.




Baxılıb: 337