Bakı Avrasiya Kollecində tədbir keçirilmişdir.

Cari ilin 05 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Bakı Avrasiya Kolleci ilə birgə “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə, Bakı Avrasiya Kollecinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı və Bakı şəhər Narkoloji Mərkəzinin həkim narkoloqu iştirak etmişdir.         

Tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması, narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə geniş məlumat verilmiş, onları maraqlandıran suallar ətrafında diskussiya aparılmışdır.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılmışdır.




Baxılıb: 392