"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 4.1.18-ci yarımbəndinin icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində cari ilin 17 dekabr tarixində 30-dan çox aidiyyəti qeyri-hökumət təşkilatının layihə rəhbəri üçün narkomanlığa qarşı mübarizə mövzusunda təlim keçirilmişdir.
Təlim çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatları tərəfindən narkomanlığa qarşı mübarizə mövzusunda hazırlanan layihələr və maarifləndirmə xarakterli tədbirlərin icrası istiqamətində müzakirələr aparılmışdır.