2025-ci ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanmışdır. Onlardan 447-i narkotik vasitələrin qanunsuz satışı, 1069-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 269 kq 316, 871 qramını marixuana, 102 kq 963,95 qramını heroin,32 kq 819,082 qramını tiryək, 13 kq 325,5 qramını həşiş, 4kq 158,247 qramını digər narkotik vasitələr və 38 kq 664,283 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində2074 ədədmetadon, 15 ədəd çətənə bitkisi, 3 kq 210 qr və 13155 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Qanunsuz dövriyyədən çıxarılmış 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 39 milyon 45 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilmiş, onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26 - 29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir. Həmin şəxslərdən 523-ü kişi, 22-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202kq 081,647 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 38 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 429 kq 905,233 qr və 2074 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 39 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 455 kq 780,203 maddə müsadirə edilmişdir.
205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 406 kq 734,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 459, qanunsuz satış ilə bağlı faktların sayı 119, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 342, qrup halında olan cinayətlərin sayı1 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 5 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 387 nəfər azalmışdır.
Bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 248 kq 248,613qr artmışdır.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi53 kq 800,4 qr (34,3%),həşişinçəkisi 9 kq 523,95 qr (41,7%),psixotrop maddələrin çəkisi 14 kq 656,382 qr (27,5%)azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 269 kq 316,871 qr-n (86,8 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 154 kq 043,671 qramı (90,9%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 115 kq 273,2 qramı (9,0 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilmişdir.
Eyni zamanda qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 701 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 19 kq 583,692 qr müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 129 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14750 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 854 nəfərdən 426 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
2025 ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 153 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 16-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 20-i narkotik asılılıqdan müalicə, 117-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 36 məktub ünvanlanmışdır
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu