Narkomaniyaya qarşı növbəti maarifləndirici tədbir keçirilib

30 aprel 2025-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Yaradıcı sənayelər narkomaniyaya qarşı” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri, universitetin hüquq şöbəsinin müdiri, Gəncə Regional Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri, eləcə də müxtəlif ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Tədbir zamanı narkomaniyanın fəsadları, onunla mübarizə yolları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin risk amilləri, asılılığın yaranma mərhələləri, eləcə də antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.




Baxılıb: 302