
20 may 2025-ci il tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Bakı Texniki Kollecində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Bakı Texniki Kollecin direktor müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri, rayon YAP-təşkilatının sədr müavini, rayon polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı iştirak ediblər.
Tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətin fəaliyyəti, gənclərin asudə vaxtlarının faydalı təşkili, narkotiklərin sağlamlığa, mənəviyyata və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Bir qrup tələbələrə sertifikatlar paylanılmış və xatirə şəkili çəkilmişdir.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.