26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qaradağ rayonunda tədbir təşkil edilmişdir.

26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar cari ilin 03 iyun tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 nömrəli Bakı Peşə Liseyində maarifləndirici tədbir təşkil olunmuşdur.

Tədbirdə, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət görstərən İşçi Qrupunun məsul nümayəndəsi, rayon polis şöbəsinin əməkdaşı, Bakı şəhər Narkolojı Dispanserin həkim-narkoloqu  iştirak etmişdir.

Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 312