
Azərbaycan Respublikası Audiovizual Şurası ilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması üçün vətəndaşların bu sahədə fəallığının artırılması məqsədilə cari ilin iyul ayından etibarən ölkə üzrə radio kanallarında "802 Qaynar xətt" xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolikin yayımına başlanılıb.
Maarifləndirici videoçarxın radio kanallarında uzunmüddətli yayımlanması nəzərdə tutulur.