İmişli rayonu ərazisində 30 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Əliyetməzli kəndi ərazisində 451 ədəd, ümumi çəkisi 30 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 3655