Səyyar Gənclər Xidməti layihəsi Göygöl rayonunda davam etdirilir.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Göygöl rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir.

Tədbirin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, Komissiya sədri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun böyük məsləhətçisi  və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Təlim zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqamətləri və digər məsələlər barədə ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Bununla yanaşı, ucqar kənd gəncləri üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunmuş, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

 

 

 

 




Baxılıb: 2131