Səyyar Gənclər Xidmətinin Şəki şəhərində təlimləri davam edir.

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində növbəti təlimlər Şəki şəhərində təşkil olunub. Tədbirlərdə məktəblilərin fəal iştirakı təmin edilib.

Təlim sessiyalarında iştirakçılar “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında geniş məlumatlandırılıblar.

Gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə keçirilən görüşlərdə gənclərə narkotik asılılığının təhlükələri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın əhəmiyyəti və mövcud mübarizə üsulları haqqında məlumat çatdırılıb. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı  yeni maarifləndirici çap materialları iştirakçılara təqdim edilib.




Baxılıb: 1891