Ağdaş rayonu ərazisində 2 ton 50 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun  Mürsəl kəndi ərazisində 6580 ədəd, ümumi çəkisi 2050 kq  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1623