“Qara tale – ağ ölüm” filmi televiziya kanallarında nümayiş olunur

Azərbaycan Respublikasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.21-ci yarımbəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində normativ hüquqi aktların müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məqsədilə bədii-sənədli film hazırlanıb.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti əsasında, çəkilmiş “Qara tale – ağ ölüm” adlı bədii-sənədli film ümumölkə televiziya kanallarında nümayiş olunur.

Narkomaniyanın dəhşətlərindən və qurbanlarından bəhs edən film Dünya TV, ATV, İdman TV, ARB 24, Kanal S və Baku TV kanallarında yayımlanıb.

Bununla yanaşı, filmin digər televiziya kanallarında, media subyektlərində və sosial şəbəkələrdə də yayımlanması nəzərdə tutulur.




Baxılıb: 1474