Dövlət Sərhəd Xidməti tərəfindən "Xaş-xaş 2025" şərti altında tədbirlər həyata keçirilmişdir.

"Xaş-xaş 2025" şərti adı altında Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə cari ilin aprel-oktyabr ayları ərzində Naxçıvan, Qazax, Zaqatala, Qax, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində 11,4 hektar sahədən yabanı halda bitən 24585 kq çətənə kolları (68485 ədəd) müvafiq qaydada məhv edilmişdir. Narkoxassəli bitkilərin aşkarlanması və məhv olunması prosesləri yerli icra nümayəndəliyinin və hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilmişdir.




Baxılıb: 1940