
Əhalinin maarifləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayon ərazisində “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici bukletlər paylanılmışdır.
Aksiya çərçivəsində könüllülər tərəfindən rayonun yaşayış ərazisinin müxtəlif ünvanlarda sakinlərlə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib. İctimayyətin nümayəndələrinə narkotik vasitələrin zərərli təsirləri, onların istifadəsinin fəsadları və narkomaniyaya qarşı mübarizə tədbirləri ilə bağlı yanaşı, narkotik asılılığının insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilmiş, sağlam həyat tərzinin təbliği aparılmışdır.