Sosial şəbəkələrdə maarifləndirici aksiya keçirilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.4.10-cu yarımbəndininin icrası ilə əlaqədar antinarkotik təbliğatı işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə müxtəlif həştəqlərlə sosial aksiyaların həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış müxtəlif maarifləndirici materiallar sosial şəbəkə platformalarında paylaşılmışdır.

Narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə "Narkotiklərə birgə yox deyək!” devizli aksiya çərçivəsində #SağlamGələcək#AsılılığaYox#İctimaiSağlamlıq və digər həştəqləri ilə sosial şəbəkə seqmentlərində paylaşılmış maarifləndirici materiallar 17.979 izləyici tərəfindən baxılmışdır.

 




Baxılıb: 991