
Cari ilin yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 620,899 qram narkotik vasitələr və psixotrop maddələr, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə yandırılaraq məhv edilmişdir.
Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil etmişdir.
Məhv edilən narkotik vasitələrin dəyəri 52 milyondan artıq manat təşkil edir.