Respublikanın digər şəhər və rayonlarında maarifləndirici billboardların quraşdırılması davam etdirilir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.22-ci yarımbəndinə uyğun olaraq, antinarkotik təbliğat və təşviqat işlərinin gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici billboardlar respublikanın şəhər və rayonlarında quraşdırılıb.

Billboardların yerləşdirilməsi rayon (şəhər) icra hakimiyyətləri ilə birgə təşkil olunub. Maarifləndirici materiallar park və istirahət məkanlarında, küçə və prospektlərdə, təhsil müəssisələrində, eləcə də əhalinin sıx toplaşdığı digər ərazilərdə yerləşdirilib.

Hazırlanmış billboardlar “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotiksiz sağlam yaşa”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” mövzularını əhatə edir.

Ümumilikdə cari ildə respublika üzrə 26 rayon (şəhərdə) 145 ədəd billboard quraşdırılıb. Maarifləndirici billboardların uzunmüddətli nümayişi nəzərdə tutulur.




Baxılıb: 39