
Kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilmiş tədbirlərin monitorinqinə dair cari ilin yanvar-mart aylarına olan məlumatlar Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupuna təqdim olunmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqi həyata keçirilmiş, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və digər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 3694 dəfə yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 28 xüsusi verilişin təşkil edilməsi, ümumölkə və regional yerüstü radio yayımlarında isə 5465 dəfə yayımlanması, habelə narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilmişdir.
Bununla yanaşı, Medianın İnkişafı Agentliyinin məlumatına əsasən narkomanlığa qarşı mübarizə mövzusunda 17 qəzetdə və 40-a yaxın veb-saytda 5 mindən çox maarifləndirici material dərc edilib.