İctimai yerlərdə maarifləndirmə işləri davam edir.

İctimai maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə aidiyyəti qurumun birgə əməkdaşlığı çərçivəsində Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmiş monitorlarda narkomaniyaya qarşı mübarizə və "802 Qaynar xətt" xidmətinin fəaliyyəti barədə məlumatlandırıcı video çarx nümayiş etdirilir.

Gənclərin narkotik vasitələrin və psixotrop maddələrin zərərləri barədə məlumatlandırmaq, narkomaniyaya qarşı cəmiyyətin fəallığını gücləndirmək məqsədilə hazırlanan sosial çarxda Dövlət Komissiyasının "802 Qaynar xətt" xidməti barədə ətraflı məlumat verilir.

Qeyd olunan sosial çarxın metro stansiyalarında uzunmüddətli yayımlanması nəzərdə tutulur.




Baxılıb: 208