
Kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilmiş tədbirlərin monitorinqinə dair cari ilin yanvar-iyun aylarına olan məlumatlar Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupuna təqdim olunmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun televiziya kanallarında işıqlandırılmasının monitorinqi həyata keçirilmiş, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və digər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 7389 dəfə yayımlanması, o cümlədən ekspertlərin iştirakı ilə 64 xüsusi verilişin təşkil edilmişdir.
Görülən işlərin davamı olaraq, "802-Qaynar xətt" xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolikin ümumölkə və regional yerüstü radio yayımlarında 10146 dəfə yayımlanması, habelə narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilmişdir.
Bununla yanaşı, Medianın İnkişafı Agentliyinin məlumatına əsasən narkomanlığa qarşı mübarizə mövzusunda 16 qəzetdə və 34 veb-saytda 10176 mindən çox maarifləndirici material dərc edilib.