Narkomanlığa qarşı Dövlət Proqramının icrasına dair monitorinq və qiymətləndirmə başa çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icra vəziyyətinin öyrənilməsi məqsədilə 2025-ci ilə dair monitorinq və qiymətləndirmə aparılıb.


Aparılmış monitorinq çərçivəsində Dövlət Proqramının 4 prioritet istiqaməti — "Təşkilati tədbirlər", "Normativ-hüquqi bazanın təkmilləşdirilməsi", "Beynəlxalq tədbirlər" və "Profilaktika və maarifləndirmə tədbirləri" üzrə icra dinamikası qiymətləndirilib.


Monitorinq və qiymətləndirmənin yekun nəticələri jurnal formasında tərtib olunaraq çap edilib və müvafiq dövlət qurumlarına təqdim olunub.

 




Baxılıb: 5