
Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2026” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qındırığa kəndi ərazisində 2563 ədəd, ümumi çəkisi 1250 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.