
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.13-cü yarımbəndinə uyğun olaraq Respublika Narkoloji Mərkəzində aidiyyəti olan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin Respublika Narkolojı Mərkəzində həyata keçirilib.
Görüş zamanı Respublika Narkoloji Mərkəzinin nümayəndələri tərəfindən iştirakçılara narkotik asılılığından müalicə və reabilitasiya prosesinin mərhələləri barədə geniş məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, tədbir çərçivəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.