“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə, həmçinin “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Ağdaş rayon Komissiyası tərəfindən “Narkotiklərə qarşı təbliğat” , “Sağlam cəmiyyətə doğru”, “Narkomaniyaya qarşı mübarizənin artırılmasında gənclərin rolu” və s. mövzularda tədbirlər həyata keçirilmişdir.