Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 12.08.2015-ci il tarixdə Qarayazı qəsəbəsində ümumi sahəsi 0,12 hektar olan, boyu 1,8 metr hündürlükdə, hər birinin təxminən çəkisi 500 qram, 6000 ədəd, ümumi çəkisi 3000 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.