Ağstafa rayonu ərazisində yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilmişdir.

  Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2015” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 02.09.2015-ci il tarixdə rayonun Qızlı kəndi ərazisində ümumi sahəsi 0,90 hektar olan, boyu 1,80 metr hündürlükdə, yaş halda hər birinin təxminən çəkisi 600 qram, 12000 ədəd və 06.09.2015-ci il tarixdə həmin ərazidə ümumi sahəsi 0,2250 hektar olan, boyu 1,80 metr, hündürlükdə, yaş halda hər birinin təxminən çəkisi 600 qram, 10000 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1546