26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Qax rayon komissiyası tərəfindən tədbir keçirilmişdir.

    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qax rayon komissiyası tərəfindən yeniyetmə və gənclərin iştirakı ilə 25 iyun 2014-cü ildə rayonun Mərkəzi kitabxanasının oxu zalında “Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə  rayon üzrə aidiyyəti orqanların əməkdaşları, fəal gənclər və yeniyetmələr iştirak etmişlər.

    26.06.2014-cü il tarixdə rayonun Gənclər və İdman idarəsi tərəfindən şəhərin Heydər Əliyev parkında tədbirin davamı olaraq şahmat və tenis yarışları təşkil edilmişdir. Yarışlara ümumilikdə 60 idmanşı cəlb edilmiş, qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən hədiyyələrlə təltif edilmişlər. 




Baxılıb: 1155